SON XƏBƏR

Məmməd İsmayılın qızı: "Dövlətin atama qayğısı böyükdür, hər gün dəfələrlə zəng edirlər"

Fevral 21
13:11 2024
"Atam Bona Dea xəstəxansındadır, müayinə olunur. Vəziyyəti orta-ağır olaraq qalır. Həddindən artıq ağrıları var, gecəni səhərəcən ağrıdan yata bilmir".
 
Bunu Qaynarinfo-ya açıqlamasında Məmməd İsmayılın qızı İntizar İsmayıl deyib.

Onun sözlərinə görə, hələ ki, Məmməd İsmayılın müayinələri davam edir:

"Heydər Əliyev Fondu müalicəni öz üzərinə götürüb. Hər gün xəstəxanaya gedirik, atam analizlər verir. Müayinə başa çatandan sonra xəstəxanaya götürüləcək və müalicəsi orada davam edəcək. Əslində, nəticə ortadadır. Əməliyyat olunmuşdu. Amma əməliyyat uğurlu olmadı, ayağa qalxa, yeriyə bilmədi. Əməliyyatdan sonra ayağında möhkəm ağrılar yarandı".

İntizar İsmayıl bildirib ki, müayinələr başa çatandan sonra atasının ayağına tibbi müdaxilələr olacaq:

"Hər gün mənə Heydər Əliyev Fondundan 4-5 dəfə zəng olunur, belə bir qayğı görməmişdim. Hər iki saatdan bir maraqlanırlar. Mehriban Əliyeva başda olmaqla hər kəsə təşəkkür edirəm. Bu sevgini insan dar gündə hiss edir, dövlətim atama qayğısı böyükdür. Atama diqqət yüksək səviyyədədir. Deputatlar Sabir Rüstəmxanlı, Fazil Mustafa, iş adamı İlham Rəhimov, mədəniyyət naziri Adil Kərimli tez-tez zəng edib, atamla maraqlanır. Onların hər birinə təşəkkür edirəm".

Qeyd edək ki, Heydər Əliyev Fondu tanınmış şair Məmməd İsmayılın müalicəsini öz üzərinə götürüb. Xatırladaq ki, bir müddət öncə Azərbaycan ədəbiyyatının görkəmli simalarından olan şair Məmməd İsmayılın səhhətində problem yaranıb. Amma aparılan müalicələrin nəticəsi olmayıb. 

Qlobal.az


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook