SON XƏBƏR

Qurban Qurbanov millinin heyətini açıqladı

Avqust 27
15:16 2018
Milli komandamızın baş məşqçisi Qurban Qurbanov Millətlər Liqasının ilk iki oyunu – Kosovo ilə sentyabrın 7-də Bakıda və Malta ilə sentyabrın 10-da səfərdəki oyunlar üçün yığmanın heyətini açıqlayıb.
 
Qaynarinfo xəbər verir ki, təcrübəli mütəxəssis 25 futbolçuya dəvət göndərib.

Sabahdan təlim-məşq tolanışına çağırılan oyunçular arasında Avropa Liqasının pley-off raundunun cavab görüşündə Moldova "Şerif”i ilə matçda iştirak edəcək "Qarabağ”ın oyunçuları olmayacaq. Debütantlara gəlincə, yalnız Bəxtiyar Həsənalızadə milli düşərgəyə ilk dəfə dəvət alıb.

Qapıçılar: Kamran Ağayev ("Keşlə”), Səlahət Ağayev ("Neftçi”), Emil Balayev ("Səbail”);

Müdafiəçilər: Maksim Medvedev, Bədavi Hüseynov, Rahil Məmmədov (hamısı "Qarabağ”), Məhəmməd Mirzəbəyov ("Neftçi”), Təmkin Xəlilzadə, Ürfan Abbasov (hər ikisi "Qəbələ”), Bəxtiyar Həsənalızadə ("Sumqayıt”), Pavel Paşayev ("Aleksandriya”, Ukrayna); 

Yarımmüdafiəçilər: Qara Qarayev, Coşqun Diniyev (hər ikisi "Qarabağ”), Emin Mahmudov, Namiq Ələsgərov, Rəhman Hacıyev (hamısı "Neftçi”), Cavid Hüseynov ("Qəbələ”), Rahid Əmirquliyev ("Səbail”), Cavid İmamverdiyev ("Sabah”), Riçard Almeyda ("Astana” Qazaxıstan), Dmitri Nazarov ("Aue”, Almaniya);

Hücumçular: Mahir Mədətov ("Qarabağ), Ramil Şeydayev ("Krılya Sovetov”, Rusiya), Rauf Əliyev ("Qəbələ”), Ruslan Qurbanov ("Səbail”).



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook