SON XƏBƏR

Qurban Qurbanov «Çelsi»dən 6 qol buraxan qapıçını cəzalandırdı

Sentyabr 15
09:26 2017
Ölkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov sərt qərar qəbul edib. 

Qlobal.az futbol11.az-a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis futbolçulardan birini cəzalandırıb. 
 
Məlumata görə, çalışdırıcı uzun müddətdir klubun uğurları üçün çalışan Bosniya və Herseqovina millisinin üzvü İbrahim Sehiçi cəzalandırıb. Belə ki, qolkiper qeyri-müəyyən müddətə əvəzedici komandaya göndərilib.
 
Qeyd edək ki, 29 yaşlı "çərçivə qoruyucu"su Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda "Çelsi" ilə matçda kobud səhvlərlə yadda qalıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook