SON XƏBƏR

"Qısa hekayə" və "Qısa film" müsabiqəsi keçirilir

Oktyabr 20
11:25 2017
Müsəlman ölkələri gənc nasirləri və rejissorları üçün beynəlxalq müsabiqə keçirilir.
 
"Qaynarinfo"nun məlumatına görə, Dialoq və Əməkdaşlıq uğrunda İslam Əməkdaşlığı Təşkilatı (İƏT) Gənclər Forumunun təşəbbüsü və koordinasiyası ilə 2015-ci ildən etibarən  "İslam Dünyası Gənclər Paytaxtı” beynəlxalq proqramı həyata keçirilir. Proqamın əsas məqsədi İƏT arealında yaşayan gənclər hərəkatları, təşkilatları arasında əməkdaşlığı gücləndirmək, gənclərin şəxsi inkişafına yönəlmiş layihələrə dəstək, işsizliyin aradan qaldırılması, İƏT ölkələrinin bir biri arasında daha çox tanıtdırılması, mədəni və maarifləndirici tədbirlərin həyata keçirilməsidir.
 
Qeyd edək ki, proqram çərçivəsində 2016-cı ildə İstanbul, 2017-ci ildə isə Malayziyanın Putracaya, Mərakeşin  Fəs və İranın Şiraz şəhərləri İslam dünyası gənclər paytaxtı elan olunmuş, sözügedən şəhərlərdə beynəlxalq səviyyədə müxtəlif mədəni və elmi tədbirlər həyata keçirilmişdir.
 
Bu il Şirazın Gənclər Paytaxtı elan edilməsi ilə bağlı həmin şəhərdə bir sıra mədəni tədbirlərin keçirilməsi planlaşdırılır. Belə ki, gənc nasirlər üçün "Qısa hekayə”, eləcə də gənc rejissorlar üçün  "Qısa Film” müsabiqələri bu tədbirlər sırasındadır.
 
Sözügedən müsabiqələrin şərtləri ilə tanış olmaq və iştirak etmək üçün aşağıdakı linklərə daxil olmaq olar.
 
"Qısa hekayə”: http://www.icyf-dc.org/call-application-fine-arts-festival-1st-short-story-contest-shiraz-oic-youth-capital-2017/ 
 
"Film müsabiqəsi”: http://www.icyf-dc.org/call-for-application-y-shiraz-2nd-oic-youth-capital-film-awards-shiraz-oic-youth-capital-2017/ 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook