SON XƏBƏR

Qazaxıstan Azərbaycan Beynəlxalq Bankında 220 milyon dollar itirib

May 14
14:48 2017
Qazaxıstanın inkişaf və investisiyalar üzrə sabiq nazir müavini Rahim Oşakbayev ölkəsinin təqaüdçülərinin taleyinə görə narahatdır, hansılar ki, Azərbaycan Beynəlxalq Bankının (ABB) rastlaşdığı iqtisadi problemlər üzündən zərər çəkə bilərlər.
 
Virtualaz.org bildirir ki, bu barədə o, özünün facebook səhifəsində yazıb.
 
Rahim Oşakbayevin sözlərinə görə, Qazaxıstanın "Vahid təqaüd yığım fondu" (VTYF) Səhmdar Cəmiyyəti Azərbaycan Beynəlxalq Bankının istiqraz vərəqələrinə 70 milyarddan çox təngə (220 milyon dollar) sərmayə qoyub.
 
"VTYF aktivlərinin 71,3 milyard təngəsi problemli olmuş Azərbaycan Beynəlxalq Bankının istiqraz vərəqələrinə qoyulub (VTYF-nin investisiya portfeli haqqında 01 may 2017-ci il tarixinə olan haqq-hesabdan belə görünür). Azərbaycan Beynəlxalq Bankı xarici kreditorlardan cəlb edilmiş valyuta öhdəliklərinin icrasını dayandırıb. Beləliklə, pensiya aktivlərinin tamlığının əhəmiyyətli riskləri yarana bilər", - Oşakbaev yazıb.
 
"Suallar yaranır ki, vətəndaşların pensiya yığımlarının yüksək riskli aktivlərdə (Moody's-un qiymətləndirmələrində ABB-nin kredit reytinqi B1 səviyyəsindədir) yerləşdirməsi və saxlanması haqqında qərarı kim və necə qəbul edib. Görünür, pensiya aktivlərinin səmərəsiz idarə edilməsi problemi ictimai müzakirə mövzusu olmalıdır", - ekspert əlavə edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook