SON XƏBƏR

“Qarabağ” və “Qəbələ” Avroliqada növbəti görüşlərini keçirəcək

Noyabr 03
08:37 2016
Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin növbəti oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, təmsilçimiz "Qəbələ” də növbəti oyununa çıxacaq.
 
Roman Qriqorçukun yetirmələri qrupdakı 4-cü oyununda öz meydanında "Sent-Etyen”lə qarşılaşacaq.  Ardıcıl 4 Avrokubok oyununda uduzan təmsilçimiz ilk 3 xalını qazanmaq və uğursuz seriyanı qırmaq üçün var gücü ilə mübarizə aparacaq.  "Qəbələ” səfər matçı ilə müqayisədə daha güclü heyətlə meydana çıxmaq imkanına malikdi. Çünki zədəlilərdən Rəşad Sadiqov artıq heyətə dönüb. Məşqlərə qatılan digər aparıcı oyunçu Nika Kvekveskiri və Elvin Camalovun da iştirakı istisna deyil. Baqaqli Dabo isə bu dəfə də heyətdən kənarda qalıb.
(Azadlıq.info)


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook