SON XƏBƏR

Polad Bülbüloğlu namizədliyini geri götürdü

Oktyabr 11
00:20 2017
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu YUNESKO-nun baş direktoru vəzifəsinə namizədliyini oktyabrın 9-da keçirilmiş səsvermənin birinci turundan sonra geri götürüb.

Oxu.Az-ın xəbərinə görə, YUNESKO-nun İcraiyyə Şurası bazar ertəsi keçirilən səsvermənin birinci turunda təşkilatın yeni baş direktorunu seçə bilməyib. Bu gün keçirilən səsvermənin ikinci turu da nəticəsiz başa çatıb.
 
Qeyd edək ki, YUNESKO-nun baş direktoru vəzifəsinə 6 ölkənin nümayəndəsi nazmizəddir.
 
Səsvermənin növbəti turu sabah keçiriləcək.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook