SON XƏBƏR

Parlamentə gəlməyən Oqtay Əsədov özünə köməkçi də götürməyib

İyul 02
11:29 2020
Milli Məclisin sabiq sədri Oqtay Əsədovun parlamentin yaz və növbədənkənar sessiyalarının iclaslarına gəlməməsi bəzi KİV-lərdə və sosial şəbəkələrdə yeni söz-söhbətlərə səbəb olub. Eks-spikerin bu hərəkəti müxtəlif cür izah olunur.

Oqtay Əsədovun iclaslara qatılmamasını onun küskünlüyü ilə bağlayanlar da var, səhhətindəki problemlərlə əlaqələndirənlər də.

Məsələn, bəzi iddialarda O.Əsədovun spiker postunu itirməsini həzm edə bilmədiyi, parlamentdə sıravi deputat kimi təmsil olunmağı özünə yaraşdırmadığı qeyd olunur.

Digər iddialar eks-spikerin 65 yaşlı şəxs kimi rüsk qrupuna daxil olduğuna görə iclaslara gəlməməsilə bağlıdır.

Modern.az saytının müxbiri iddialara O.Əsədovun özündən münasibət öyrənməyə çalışsa da, buna nail ola bilməyib.

Daha sonra deputatın köməkçisi ilə əlaqə saxlamağa çalışılıb, amma məlum olub ki, altıncı çağırış Milli Məclisin formalaşmasından bir neçə ay keçməsinə baxmayaraq, Oqtay müəllim hələ də özünə köməkçi təyin etməyib. Heç Milli Məclisin saytındakı "deputatla əlaqə” bölməsində də bu haqda hər hansı bir qeyd yoxdur.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook