SON XƏBƏR

"Çox istərdik ki, bizi parlamentdə Ramin Əhmədov təmsil eləsin" - 16-cı dairənin sakinləri

Yanvar 28
19:51 2020
16 saylı Yasamal ll seçki dairəsindən deputatlığa namizəd Ramin Əhmədovun seçicilərlə görüşü davam edir.

R.Əhmədov bu gün Əhməd Cəmil küçəsinin bir qrup sakini ilə görüş keçirib.
 
Qısa müddət ərzində Yasamal 16-cı dairənin ərazisində böyük rəğbət qazanmış deputatlığa namizəd, əvvəlki bütün görüşlərində olduğu kimi Əhməd Cəmil küçəsində də böyük coşqu və alqışlarla qarşılanıb. Artıq seçim etdiklərini, Ramin Əhmədovu deputatları kimi görmək istədiklərini deyən sakinlər fevralın 9-da hamılıqla seçki məntəqəsinə gedəcəklərini bildiriblər.
 
"Biz sizin haqqınızda çox eşitmişik, fəaliyyətiniz haqqında kifayət qədər məlumatlıyıq. Əminik ki, deputat seçiləcəyiniz təqdirdə seçicilərinizin yanında olacaq, onları qayğılandıran məsələlərə diqqətlə yanaşacaqsınız. Çox istərdik ki, bizi Parlamentdə məhz siz təmsil edəsiniz”-deyə sakinlər qeyd bildirib.
 
Öz növbəsində Ramin Əhmədov ona deputat mandatının elə xalqa konkret olaraq Yasamal seçicilərinə xidmət etmək üçün gərək olduğunu vurğulayaraq görüş iştirakçılarını seçki günü fəal olmağa, ölkənin gələcək inkşafında böyük rol oynayacaq Parlament seçkiləri kimi böyük prosesin bir parçası olmağa çağırıb. Deputatlığa namizəd ölkədə aparılan islahatların uğurlu nəticələrindən də söz açaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə daha böyük uğurlar qazanacağını vurğulayıb.

İzdihamlı görüşdə Ramin Əhmədovun fikirləri alqışlarla müşayət olunub.
 
Görüşdə həmçinin sakinlərin qaldırdığı məsələlər də dinlənilib.
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook