SON XƏBƏR

Oqtay Şirəliyev də biabır oldu: Prezident nazirin yalanını ifşa etdi

İyul 05
01:46 2018
Prezident İlham Əliyev keçirdiyi müşavirədə nazirlərin məruzələrinə fikir bildirib və onlara müvafiq tapşırıqlar verib.

Dövlət başçısı strateji obyektlərdə - ilk növbədə xəstəxanalarda və metroda generatorların quraşdırılması məsələsinə baxılması barədə göstəriş verib:

"Səhiyyə naziri məruzə edir ki, bütün xəsstəxanalarda generatorlar işləyib, amma məndə olan məlumata görə, bu, həqiqətə uyğun deyil. Bəzi xəstəxanalarda generatorlar ya olmayıb, ya da qoşulmayıb. Ona görə də, siz gərək ciddi təftiş aparasınız, bütün ölkə üzrə xəstəxanalarda generatorların mövcudluğu və işlək vəziyyətdə olması barədə həm komissiyaya, həm də mənə məruzə etməlisiniz”.

İlham Əliyev metro stansiyalarında ümumiyyətlə generatorların olmamasının isə çox acınacaqlı hal olduğunu söyləyib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook