SON XƏBƏR

Oqtay Əsədov: “Bu saat Avropa Məhkəməsinin 10 mindən artıq yerinə yetiilməyən qərarları var”

Oktyabr 20
13:12 2017
"Təəssüflər olsun ki, Ukraynanın digər partiyaları Azərbaycanla bağlı qətnaməyə səs veribsə də, hakim partiyanın deputatları da öz növbəsində səsverməyə qatılmayıblar. Bu da bizi fikirləşməyə vadar edir”.
 
Spiker Oqtay Əsədov bunu parlamentdə Avropa Şurası Parlament Assambleyasının payız sessiyasında Azərbaycan əleyhinə qəbul olunan qətnamələrin müzakirəsi zamanı deyib.
 
Dostluq qrupunun rəhbəri deputat Rüfət Quliyev bildirib ki, bununla əlaqədar dərhal Ukraynadakı həmkarları ilə əlaqə saxlayıb: "Mənə dedilər ki, onlar Ukrayna prezidentini qarşılamaq üçün sessiyanı tərk ediblər”.
 
O.Əsədov AŞ-ın qərəzli mövqeyi barədə digər arqumentlər səsləndirdi: "Bu saat Avropa Məhkəməsinin 10 mindən artıq yerinə yetiilməyən qərarları var. Hətta yerinə yetirilməyən qərarların cərimələrini də vermirlər. Azərbaycanda isə bir neçə belə qərar var. Ancaq 68 ildir tətbiq olunmayan bir maddəni Azərbaycana qarşı tətbiq etmək istəyirlər”.
 
Musavat.com



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook