SON XƏBƏR

Nazir karantin rejimini pozan məhkəmə sədrinə töhmət verdi

İyun 24
03:12 2020
Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Qlobal.Az-a verilən məlumata görə, xüsusi karantin şəraitində videokonfrans formatında keçirilən iclasda Şuranın sədri, ədliyyə naziri Fikrət Məmmədov çıxış edib. 

Bildirilib ki, bəzi hakimlər tərəfindən intizamsızlıq və qanunvericiliyin tələblərinin pozulması hallarına yol verildiyi müəyyən edilib.

İclasda xüsusi karantin rejiminin, hakimlərin etik davranış Qaydalarının tələblərinin pozulmasına görə Saatlı Rayon Məhkəməsinin sədri İxtiyar Abuşova, qanunvericiliyin tələblərini pozduğuna görə Mingəçevir Şəhər Məhkəməsinin hakimi Ələkbər Hüseynova töhmət verilib, 5 hakim, o cümlədən korrupsiyaya və qeyri-prosessual münasibətlərə şərait yaradan hallara yol verdiklərinə görə 2 məhkəmə sədri barədə intizam icraatı başlanılıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook