SON XƏBƏR

Naxçıvan Nümayəndəliyinin rəhbəri İranın Səfiri ilə görüşüb

Sentyabr 24
19:51 2020
Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri cənab Bəxtiyar Əsgərov İran İslam Respublikasının Azərbaycan Respublikasında yeni təyin olunmuş fövqəladə və səlahiyyətli Səfiri cənab Seyid Abbas Musəvi ilə görüşüb.
 
Görüşdə iki ölkə arasındakı münasibətlər, Naxçıvan Muxtar Respublikası ilə bir çox sahədə, xüsusilə, iqtisadiyyat, ticarət, mədəni sahələrdə əməkdaşlıq, fəaliyyət istiqamətləri, rəsmi səfərlər, regional vəziyyət və digər maraqlı mövzularda səmimi müzakirələr aparılıb.
 
Məlumatı Naxçıvan Nümayəndəliyi yayıb.
 
Qlobal.az
 

 

 

 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook