SON XƏBƏR

Mstislav Rostropoviçə həsr edilən musiqi festivalı keçiriləcək

Sentyabr 25
11:14 2017
Oktyabrın 15-16-da Rusiyanın Samara şəhərində "Mstislav Rostropoviçə həsr olunur” X musiqi festivalı keçiriləcək. Festival Mariya Teatrının bədii rəhbəri və direktoru Valeri Gergiyevin və Samara vilayəti hökumətinin təşəbbüsü ilə təşkil edilir.
 
Qlobal.az festivalın saytına istinadla xəbər verir ki, festival günlərində Samara Akademik Opera və Balet Teatrının səhnəsində V.Gergiyevin dirijorluğu ilə Mariya Teatrının simfonik orkestri çıxış edəcək.
 
Qeyd edək ki, görkəmli violonçel ifaçısı və dirijor Mstislav Rostropoviçin yaradıcılıq yolu Samara şəhəri ilə sıx bağlı olub. Ənənəyə çevrilmiş bu festivalda dünya şöhrətli musiqiçilər iştirak edirlər.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook