SON XƏBƏR

Məşhur futbolçu ürəyindən əməliyyat olundu

May 08
17:00 2018
"Atletik”in futbolçusu Raul Qarsiya ürəyindən əməliyyat olunub.
 
Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, 31 yaşlı yarımmüdafiəçidə ürək aritmiyası aşkar edilib.
 
Dünən əməliyyat olunan futbolçunun bu gün xəstəxanadan evə buraxılacağı bildirilir.
 
Qeyd edək ki, İspaniya millisinin sabiq üzvü bu mövsüm "Atletik”in heyətində 48 oyunda meydana çıxıb və 14 qol vurub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook