SON XƏBƏR

Maliyyə Nazirliyi ETSN-də yoxlama aparır: Muxtar Babayevin əmisi oğlunun başı dərdədir

Fevral 25
14:11 2020
Maliyyə Nazirliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyində yoxlama aparır.

Mia.az-a daxil olan məlumata görə, hazırda nazirliyin Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsində təftiş gedir.

Bildirilir ki, yoxlama zamanı maddi-texniki təhcizat sahəsində ciddi yeyintilərə yol verilib: "Burada yanacaq, mexaniki təminat avadanlıqlarının şişirdilmiş qiymətlərlə alınması, təmir-tikinti və sair məsələlərlə yanaşı, keçirilən tenderlər də ciddi araşdırılır. Hazırda Maliyyə Nazirliyi yoxlamanı davam etdirir və ilkin məlumata görə, kifayət qədər ciddi yeyintilər aşkarlanib".

Məlumat üçün onu da qeyd edək ki, Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsinin müdiri Fizuli Babayevdir: "O, nazir Muxtar Babayevin əmisi oğludur. Ümumiyyətlə, Muxtar Babayev xeyli qohum və dostlarını buraya toplayıb. Hamısı da ən "gəlir"li sahələrə nəzarət edirlər...".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook