SON XƏBƏR

ÇL-də 1/8 final həyəcanı davam edir

Fevral 21
12:01 2017
Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları davam edir. 

Qol.az-ın məlumatına görə, bu gün qitənin mötəbər klub turnirində daha 2 matç keçiriləcək. 

"Bayer” Leverkuzende "Atletiko”nu sınağa çəkəcək. Ölkə çempionatında son 2 matçında qələbə qazanan Almaniya təmsilçisi eyni uğuru ÇL-də davam etdirmək əzmindədir. 

Lakin bu, heç də asan deyil. Çünki "Atletiko” da rəqibi kimi son həftələr xal itirmir. 

Günün digər matçı isə Mançesterdə oynanılacaq. "Mançester Siti” "Monako” ilə üz-üzə gələcək. Premyer Liqada çempionluq mübarizəsindən kənarda qalan Xosep Qvardiolanın komandası avrokuboklarda uğur qazanmağı hədəfləyir. Fransa çempionatının lideri isə Mançester səfərinə sərfəli nəticə üçün yollanır. 

Çempionlar Liqası

1/8 final mərhələsinin ilk oyunu

21 fevral

23:45. "Bayer” (Leverkuzen, Almaniya) - "Atletiko” (İspaniya)

23:45. "Mançester Siti” (İngiltərə) - "Monako” (Fransa)

22 fevral

"Portu” (Portuqaliya) - "Yuventus” (İtaliya)

"Sevilya” (İspaniya) - "Lester” (İngiltərə)

14 fevral

"Benfika” (Portuqaliya) - "Borussiya” (Dortmund, Almaniya) - 1:0 

PSJ (Fransa) - "Barselona” (İspaniya) - 4:0 

15 fevral

"Bavariya” (Almaniya) - "Arsenal” (İngiltərə) - 5:1 

"Real” (İspaniya) - "Napoli” (İtaliya) - 3:1 

Qeyd edək ki, ÇL-də 1/8 final mərhələsinin cavab oyunları 7, 8, 14 və 15 mart tarixlərində keçiriləcək.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook