SON XƏBƏR

Jan-Mark Eyro: “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı status-kvo vəziyyəti daha da ağırlaşdıran siyasi seçimdir”

Mart 24
10:45 2017
"Biz hərbi əməliyyatların olmasını istəmirik. Rusiya və Amerika ilə birlikdə Fransa Minsk qrupuna həmsədrlik edir ki, Ermənistan və Azərbaycan arasındakı münaqişə danışıqlar vasitəsilə, sülh yolu ilə həllini tapsın. Əlbəttə, status-kvo bizə uyğun deyil”.
 
"Report”un xəbərinə görə, bunu Parisdə Fransanın xarici işlər və beynəlxalq inkişaf naziri Jan-Mark Eyro AZƏRTAC-ın bu ölkədəki xüsusi müxbirinin sualını cavablandırarkən deyib.
 
"Mən prezident Fransua Ollandın hər iki prezidentlə görüşlərində iştirak etdim. O, Fransanın münaqişənin həlli ilə bağlı kömək göstərməyə hazır olduğunu bir daha bildirdi. Əgər tərəflər danışıqlar aparmaq və sülh imzalamaq istəsələr, Fransa konfrans təşkil etməyə hazırdır. Belə münaqişələr yalnız diplomatiya vasitəsilə həllini tapa bilər. Status-kvo vəziyyəti daha da ağırlaşdıran siyasi seçimdir. Fransa münaqişə həll olanadək vasitəçi rolunu davam etdirəcək”, - deyə, fransalı nazir əlavə edib.
 
Qeyd edək ki, Fransa Prezidenti Fransua Olland mart ayında Parisdə Azərbaycan və Ermənistan prezidentləri ilə görüşüb. Aparılan danışıqlarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib.
 
Xatırladaq ki, Ermənistan 1993-cü ildən Azərbaycan ərazilərinin 20 faizini, Dağlıq Qarabağı və onun ətrafındakı 7 rayonu işğal altında saxlayır. 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook