SON XƏBƏR

İsa Həbibbəyli: 2019-cu ilin "Nəsimi ili"nin elan edilməsi böyük tarixi və ədəbi-elmi əhəmiyyətə malikdir

Yanvar 16
02:15 2019
"Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2019-cu ilin ölkəmizdə "Nəsimi ili" elan edilməsi Azərbaycanın öz görkəmli şəxsiyyətlərinə, klassik ədəbiyyat irsinə yüksək dəyər verildiyinin göstəricisidir. "Nəsimi ili"nin elan edilməsi böyük tarixi və ədəbi-elmi əhəmiyyətə malikdir”. Bu fikirləri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.
 
İ.Həbibbəyli bildirib ki,  vaxtilə Ümummilli lider  Heydər Əliyevin İmadəddin Nəsimi ilə bağlı dövlət səviyyəsində qəbul etdiyi qərara əsasən, Nəsiminin yubileyinin keçirilməsi UNESCO-nun tədbirləri siyahısına daxil edilmişdi və bu tədbir ölkəmizdə geniş şəkildə qeyd edilmişdi. Eyni zamanda, Ümummilli lider Heydər Əliyevin qərarı ilə ölkəmizdə ilk dəfə Nəsiminin abidəsi ucaldıldı. Onun sözlərinə görə, bütün bunlar azərbaycançılıq ideyalarına, Azərbaycanın gələcəyinə hesablanmış tədbirlərdir.
 
"Prezident İlham Əliyev tərəfindən qısa müddətdə Nəsimi ilə bağlı iki Sərəncamın imzalanması mühüm hadisədir. Bu sərəncamlarla Nəsiminin 650 illik yubileyinin keçirilməsi və 2019-cu ilin "Nəsimi İli" elan edilməsi artıq müstəqillik şəraitində insanlarda Nəsimi ideyaları əsasında azərbaycançılıq təfəkkürünün inkişaf etdirilməsi, bu böyük sənətkarın dünyaya tanıdılması baxımından özünəməxsus əhəmiyyət kəsb edir. 2019-cu ildə "Nəsimi İli" ilə əlaqədar tədbirlərin keçirilməsi bir daha Nəsiminin yaradıcılığının, onun dövrünün daha dərindən öyrənilməsinə, bu böyük şairin, məhz Azərbaycan şairi kimi dünyaya tanıdılmasına böyük təkan verəcək. Nəsimi haqqında çox böyük elmi əsərlər yazılsa da, bu dahi şairin bu gün yenidən tədqiq edilməsinə, onun haqqında daha sanballı əsərlərin yazılmasına böyük ehtiyac var. Əslində, Nəsiminin zəngin irsinin incəlikləri tam açılmayıb. Sovet dövründə sovet ideologiyası bu incəlikləri açmağa imkan vermirdi, o dövrdə bunu etmək çox çətin idi. İndiki şəraitdə Nəsimini yenidən öyrənmək, onun haqqındakı tədqiqatları dünya dillərinə tərcümə etmək və nəşr etmək bizim qarşımızda duran əsas vəzifələrdən olacaq. AMEA-da hazırlanmış tədbirlər planına uyğun olaraq, bu il ərzində Nəsimiyə həsr olunmuş ikinci beynəlxalq konfansın keçirilməsi nəzərdə tutulur”-deyə, akademik vurğulayıb.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook