SON XƏBƏR

İrəvan Dövlət Dram Teatrı “O da aşiq ola..” tamaşasının premyerasını keçirib

Dekabr 20
12:06 2016
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına İrəvan Dövlət Dram Teatrı tərəfindən A.P.Çexovun "Ayı”, Xalq Yazıçısı Elçinin "O da aşiq olub yaza dünyada...” və B.İoseleviçin "Yelləncəkdə iki nəfər” pyesləri əsasında multikultural kontekstdə "O da aşiq ola..” adlı layihəsi çərçivəsində hazırlanan tamaşanın premyerası olub.
 
Dekabr ayının 19-da Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında təqdim edilən tamaşanın quruluşçu rejissoru Nicat Mirzəzadədir. Layihənin bədii rəhbəri Əməkdar Mədəniyyət İşçisi İftixar Piriyevdir.
 
Qeyd edək ki, tamaşa Prezident İlham Əliyevin Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması məqsədilə 2016-cı ili ölkəmizdə "Multikulturalizm ili” elan etməsi ilə əlaqədar Azərbaycan, rus və yəhudi dramaturqların pyesləri əsasında multikultural kontekstdə hazırlanıb. Üç pyesin motivləri əsasında ərsəyə gələn səhnə əsərində insanın hissləri, emosiyaları ön plana çəkilir. Ümumi süjet xəttində isə müxtəlif xalqların ritualları, adət-ənənələri əksini tapıb.
 
Tamaşada rolları Əməkdar Artist Vaqif Kərimov, Şəbnəm Cəbrayılova, Əjdər Zeynalov, Zülfiyyə Eldarqızı, Niyaməddin Səfərəliyeva, Tural Tahir, Emin Sevdiməliyev, Məryəm Qələndərova, Rövşən Cəfərov, Ayşən Mirzəyeva və digər aktyor və aktrisalar ifa ediblər.
 
Qlobal.az
 

 

 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook