SON XƏBƏR

İranlı rejissorun Qarabağla bağlı filmi təqdim olundu

İyul 24
21:32 2017
Qarabağ Azadlıq Təşkilatının (QAT) təşəbbüsü ilə iranlı rejissor Möhsün Hadinin Qarabağ müharibəsinə həsr olunan "Arazın dayaz günü” adlı filminin təqdimat mərasimi keçirilib.
 
Qurumdan musavat.com-a verilən məlumata görə, 70 dəqiqəlik film İranda ilk təşəbbüsdür. Film İranda nümayiş etdirilib və rəğbət qazanıb.
 
Təqdimatda QAT sədri Akif Nağı, filmin rejissoru Möhsün Hadi çıxış edərək film haqqında məlumat veriblər, Qarabağ həqiqətlərinin təbliği üçün bu cür təşəbbüslərin əhəmiyyətindən danışıblar.
 
Qeyd olunub ki, film Azərbaycan dilində səsləndirilib, eyni zamanda fars dilində titrlərlə təmin olunub. Filmdə Qarabağ müharibəsinin həqiqi səbəbləri, gedişi, erməni işğalının nəticələri, Xocalı və digər faciələr konkret faktlarla əks etdirilib.
 
Tədbirdə film tam həcmdə nümayiş etdirilib. Nümayişdən sonra tədbir iştirakçılarından İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin nümayəndəsi Həsən Quli, ictimaiyyət təmsilçiləri Hacı Hacağa Nuri, Rövşən Əhmədli, Sultan Əzimzadə, Jalə Cəfərova, Qurban Cəbrayıl və digərləri çıxış edərək film haqqında fikirlərini bildirib, müəllifə təşəkkür ediblər.
 
Qeyd edək ki, filmin İran televiziyalarında nümayişi nəzərdə tutulur.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook