SON XƏBƏR

Hadı Rəcəbli Milli Məclisdəki kabinetini boşaltdı

Fevral 14
10:40 2020
Dünən Mərkəzi Seçki Komissiyası tərəfindən dairəsi ləğv edilən Hadı Rəcəblinin Milli Məclisdəki kabinetini boşaltdığı deyilir.
 
Qlobal.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə H. Rəcəbli parlamentdə Sosial Siyasət Komissiyasının sədri kimi ona məxsus olan kabinetdən artıq şəxsi əşyalarını götürüb.
 
Yayılan məlumata aydınlıq gətirmək üçün əməkdaşımız Hadı Rəcəblinin köməkçisinə zəng edərək münasibət öyrənməyə çalışıb. Lakin sabiq deputatın köməkçisi telefon zənginə cavab verməyib. 
 
Qeyd edək ki, fevral ayının 9-da keçirilən Milli Məclis seçkisində Hadı Rəcəblinin namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən 74 saylı Lənkəran kənd Seçki Dairəsindən irəli sürülmüşdü. 
 
MSK-nın 13 fevralda keçirdiyi iclasda 74 saylı Lənkəran kənd Seçki Dairəsinin nəticələri ləğv edildi. 
 
Qurumun bu qərarına səbəb kimi dairədə baş verən total saxtakarlıq göstərilirdi. 
 
Onun yenidən parlament seçkisinə qatılıb-qatılmayacağı barədə məlumat yoxdur. 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook