SON XƏBƏR

Hadi Rəcəbli: Həyata keçirilən düşünülmüş sosial siyasət əhalinin yaşayış səviyyəsinin yüksəldilməsinə xidmət edir

Mart 28
13:44 2017
«Ötən 13 il Azərbaycanda iqtisadiyyatın dinamik inkişafı, dövlət proqramlarının icrasının uğurla davam etdirilməsi ilə yanaşı, əhalinin sosial rifahının yaxşılaşmasına xidmət edən çoxsaylı tədbirlərin həyata keçirilməsi ilə əlamətdardır».
 
Bu fikri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.
 
H.Rəcəbli bildirib ki, həyata keçirilən düşünülmüş sosial siyasət əhalinin yaşayış səviyyəsinin yüksəldilməsinə, xüsusən aztəminatlı vətəndaşların sosial
müdafiəsinin gücləndirilməsinə xidmət edir. Onun sözlərinə görə, bu gün Azərbaycanda həyata keçirilən dövlət siyasətinin başlıca istiqamətlərindən birini də əhalinin sosial müdafiəsinin gücləndirilməsi təşkil edir.
 
«Elə buna görə də neçə illərdir geniş miqyasda həyata keçirilən sosial müdafiə tədbirləri hətta dünya iqtisadiyyatının böhranlı günlərində belə uğurla davam etdirilmişdir. Ölkəmizdə aztəminatlı əhaliyə ünvanlı sosial yardımların verilməsindən başlamış əlillərin, müharibə veteranlarının, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına, yoxsulluğun azaldılmasına qədər bütün sosial müdafiə tədbirləri müvəffəqiyyətlə həyata keçirilir. Azərbaycanın sürətli iqtisadi inkişafı və büdcə gəlirlərinin davamlı artımı sosial xərcləri də müntəzəm artırmağa, yoxsulluğun səviyyəsini son 13 ildə dəfələrlə aşağı salmağa, sosial təminat sistemini möhkəmləndirməyə imkan yaratmışdır»- deyə, komitə sədri vurğulayıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook