SON XƏBƏR

Fernando Torres ölümdən döndü

Mart 03
11:15 2017
"Atletiko"nun futbolçusu Fernando Torres La Liqanın 25-ci turunda "Deportivo" ilə oyunda ölümdən dönüb.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, rəqib komandanın futbolçusu Berqantinosun başına zərbəsi ilə bir anda huşunu itirən ispan oyunçu yerə yıxılıb. Bundan sonra "Atletiko"nun iki futbolçusu onun ağzını açaraq nəfəs almasını asanlaşdırıblar. Komanda yoldaşlarının ilkin müdaxiləsindən sonra həkimlərin də səyləri ilə özünə gələn F.Torres meydanı tərk edib.

F.Torres stadiondan birbaşa xəstəxanaya aparılıb.
 
Madrid klubu isə rəsmi saytı vasitəsilə Torresin hazırkı durumu ilə bağlı məlumat yayıb. Onun beyin zədəsi almadığı, yaddaşının yerində olduğu bildirilib. Ancaq tibbi testlərdən keçməsi üçün bir müddət xəstəxanada qalacaq.
 
F.Torres isə onun üçün narahat olan azarkeşlərə təşəkkür edib: "Qorxulu bir şey yoxdur. Ümid edirəm ki, tezliklə sıraya dönəcəm".







Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook