SON XƏBƏR

Fatih Terim bu gün istefa verəcək

Yanvar 22
12:03 2018
"Qalatasaray"ın baş məşqçisi Fatih Terim bu gün istefa verəcək. Qaynarinfo xəbər verir ki, "İmperator" bu gecə "Kayserispor"la baş tutacaq oyundan sonra istefasını açıqlayacaq.

Dursun Özbekin vaxtında baş məşqçi təyin olunan Fatih Terim imzanı 20 yanvara qədər atdığını bildirərək klubdakı seçkiləri işarə etmişdi. Həmin seçkidə Dursun Özbek məğlub olub, Mustafa Çingiz yeni prezident seçilib.

Fatih Terim bu gün etik qaydalara uyğun olaraq istefa verəcək. Mustafa Çingiz isə namizədliyini açıqladığı gün Fatih Terimlə işləyəcəyini bildirmişdi. Üstəlik "İmperator"un yaxın dostu Abdurrahman Albayrak yenidən "Qalatasaray"da vəzifə alacaq. Bu səbəbdən Fatih Terimin istefası qəbul edilməyəcək.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook