SON XƏBƏR
  • Bayden Ərdoğana zəng edəcəkABŞ Prezidenti Co Bayden türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana zəng edəcək. "Anadolu” agentliyi bildirir ki, bunu Ağ Evin nümayəndəsi Cen Psaki jurnalistlərin Amerika liderinin Türkiyə Prezidenti..
  • Əfv Məsələləri Komissiyası yenidən toplanırBu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək. Komissiyanın iclası videoformatda qruplar halında keçirilir. İclasda komissiyaya daxil olan yeni mürac..
  • Diplomatik korpusun azad edilmiş ərazilərə səfəri başladıDiplomatik korpus nümayəndələrinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri başlayıb. Bununla bağlı Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məs..
  • Bu gün Məhəmməd Əmin Rəsulzadənin anım günüdürBu gün dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən olmuş Məhəmməd Əmin Rəsulzadənin vəfa..
  • Ali Baş Komandan: "Qazilərimizi tezliklə normal həyata qaytaracağıq""Görüləcək işlərə qayıtdıqda, mən xüsusilə şəhid ailələrinə göstərilən dəstəyi qeyd etmək istəyirəm. Partiyamızın fəalları bu sahədə də fəal olmalıdırlar, dövlət öz üzərinə düşən vəzifəni icra edir. M..
  • Ermənistan “Avroviziya 2021”də iştirakdan imtina edibErmənistan "Avroviziya 2021” mahnı müsabiqəsində iştirak etməyəcək. Bu barədə ölkənin ictimai televiziyası öz "Facebook” səhifəsində məlumat yayıb. "Ətraflı müzakirələr və danışıqlardan sonra ic..
  • Tənha şair - inkarçı Xudayi...İbrahim Xudayi - bu imza çoxlarına sosial şəbəkələrdən tanışdır. Satirik şeirləri ilə gündəmə gələn şair Salyanda 104 saylı yataqxanada tək-tənha yaşayır.  Bu, təkcə şair yalnızlığı deyil..
  • Azərbaycanda ilk dəfə jest dili lüğətinin veb səhifəsi hazırlanırHeydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyinin (RİİB) elan etdiyi "Sosial layihələr” müsabiqəsinin qaliblərindən olan "Doğma jest dili” layihəsi çərçivəsində "NAR”ın maliyyə dəstəyi ilə ..
  • Mübariz Mənsimova beş il cəza verildiAzərbaycan əsilli türkiyəli biznesmen Mübariz Mənsimova İstanbul Məhkəməsinin qərarı ilə beş il müddətinə cəza verilib. Oxu.Az-ın məlumatına görə, məhkəmə qərarı ilə o, bu müddəti ev dustaqlığı..
  • Gürcüstan konstitusiyasına dəyişikliklər tələb edilirGürcüstanın Konstitusiyasına dəyişikliklərin edilməsi tələb olunur. "Report"un yerli bürosu xəbər verir ki, bu təşəbbüslə ölkə müxalifəti çıxış edib. Müxalifət partiyaları hesab edirlər ki, qüvv..

Əli Nağıyevlə Armen Abazyan ikinci dəfə görüşüb - Bu dəfə Qubadlıda

Yanvar 11
12:25 2021
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan və Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev bazar günü, yanvarın 10-da Ermənistanın Syunik bölgəsinin Vorotan və Şurnux kəndlərinə bitişik ərazidə görüşüb.

Bu barədə media Ermənistan Milli Təhlükəsizlik Xidmətinə istinadən məlumat yayıb.

Məlumatda deyilir ki, Armen Abazyan azərbaycanlı həmkarı ilə bundan öncə, yanvarın 9-da Ararat rayonunun Yerasx kəndi yaxınlığında, bu gün isə Vorotan və Şurnux kəndləri yaxınlığında neytral ərazidə görüşüb. Görüş zamanı əsirlərin dəyişdirilməsi və itkin düşənlərin axtarışı ilə bağlı məsələlər müzakirə edilib.

Ermənistan Milli Təhlükəsizlik Xidməti bir sıra mediada və sosial platformalarda iki ölkə təhlükəsizlik xidmətlərinin görüşlərində ərazi məsələlərinin müzakirə edildiyi barədə yayılan məlumatları təkzib edib və cəmiyyəti çaşdırmaq məqsədi daşıdığını bildirib.

Yanvarın 9-da və 10-da keçirilən görüşlərin detalları barədə geniş məlumat verilmir.

Azərbaycan Dövlət Təhlükəsziliyi Xidməti isə görüşlərlə bağlı hələ məlumat yaymayıb.

Təhlükəsizlik xidmətlərinin rəhbərlərinin görüşü Rusiya prezidentinin təşəbbüsü ilə yanvarın 11-də Moskvada Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin üçtərəfli formatda gözlənilən görüşü ərəfəsində olub.

Kremlin məlumatında deyilir ki, üçtərəfli görüşdə 10 noyabr üçtərəfli bəyanatın icra edilməsinin gedişatı, bölgədəki problemlərin həlli istiqamətində gələcəkdə atılacaq addımların müzakirəsi planlaşdırılır.

"Döyüş əməliyyatlarına məruz qalan bölgələrin sakinlərinə yardım göstərilməsi, ticarət, iqtisadi və nəqliyyat əlaqələrinin açılması və inkişafı məsələlərinə xüsusi diqqət yetiriləcək,” məlumatda deyilir.

Üçtərəfli bəyanatda həmçinin Azərbaycandan Meğri dəhlizi vasitəsi ilə Naxçıvana yollarınn açılması nəzrdə tutulur. Hər iki ölkənin təhlükəsizlik xidməti rəhbərlərinin görüşləri Meğri dəhlizinin Azərbaycan və Naxçıvan istiqamətlərində olub.

Eksperltər hesab edir ki, Meğri dəhlizinin açılması regionun inkişafına səbəb olacaq yeni nəqliyyat dəhlizinin açılması deməkdir. Bu dəhliz vasitəsi ilə yaxın zamanda Moskva-Tehran dəmir yolu açıla bilər. Həmçinin Meğri dəhlizində hərəkəti bərpası Rusiya, Türkiyə, İran, Orta və Yaxın Şərq ölkələri arasında quru yolun açılması deməkdir.

Bundan öncə 2020-ci ilin dekabrında Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikovun təşəbbüsü ilə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəisi Armen Abazyan və Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Əli Nağıyev arasında Moskvada görüş keçirilib. Görüşdə əsirlərin qaytarılması və itkinlərin axtarışı kimi təcili məsələlər müzakirə edilib. Daha sonra tərəflər bir sıra sahələrdə iş aparılması barədə razılığa gəlib.

Amerikaninsesi



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook