SON XƏBƏR

Əflatun Amaşov: Əli Həsənovun sadiqliyi sınaqlardan çıxmış yüksək mənəvi keyfiyyət örnəyidir

Mart 10
23:38 2019
Mətbuat Şurasının rəhbəri, deputat Əflatun Amaşov feysbukda Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun doğum günü münasibətilə ürək sözlərini yazıb. 

Qlobal.Az həmin qeydləri təqdim edir:

"Bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi, professor Əli Həsənovun doğum günüdür. Əli müəllimi səmimi qəlbdən təbrik edirəm.

Əli Həsənov şəxsiyyətini xarakterizə edən bir çox xüsusiyyətlər var. Bu barədə saatlarla söhbət açmaq mümkündür. Ancaq bir sözlə onu demək olar ki, Əli müəllim bütöv adamdır. Bütövlük dedikdə ilk növbədə yada düşən sədaqətdir. Əli Həsənovun sadiqliyi sınaqlardan çıxmış yüksək mənəvi keyfiyyət örnəyidir.

Və dövlətçilik ruhu. Əli müəllim bütün varlığı ilə bu ruhu yaşadan parlaq simadır. Bu ruh ulu öndər Heydər Əliyevin ideyalarından nəşət alır. Bu ruh Prezident İlham Əliyevin prinsipiallığından və qətiyyətindən irəli gələn tədbirləri uğurla icra etməyə köklənib. Bu kökləniş sadiqliyin səmimiyyət və insanpərvərliklə, qayğıkeşlik və nəzakətlə çulğalaşmış məxsusi formuludur.

Cənab Əli Həsənovu doğum günü münasibətilə bir daha ürəkdən təbrik edirəm. Ona Azərbaycan naminə fəaliyyətində bol enerji arzulayıram. Hər zaman möhkəm, sağlam olsun. Uca Tanrı yar və yardımçısı olsun. 59 yaşın gətirdiyi sevinc, qürur hissi onu yeni uğur və müvəffəqiyyətlərə daşısın!".
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook