SON XƏBƏR

Çeçenistan Azərbaycanda nümayəndəlik açır

Aprel 03
13:31 2019
Rusiya Federasiyasının Çeçenistan Respublikası Azərbaycanda nümayəndəlik açacaq. 

Bunu Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov "VKontakte" sosial şəbəkəsində yazıb.
 

Onun sözlərinə görə, rəsmi Bakı və Qroznı Çeçenistanın Azərbaycanda nümayəndəliyinin açılmasına dair razılıq əldə edib.


"Çeçenistan ilə Azərbaycan arasındakı münasibətlər qədim ənənələrə malikdir. Bunun təməlini Azərbaycan Prezidenti Heydər Əliyev və Çeçenistan Respublikasının birinci prezidenti, Rusiya qəhrəmanı Hacı Əhməd Kadırov qoyub", - Çeçenistan başçısı bildirib.




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook