SON XƏBƏR

Deputatlığa namizəd Samir İbadov Nərimanov rayonunda məcburi köçkünlərlə görüşüb - FOTO

Yanvar 28
22:23 2020
09 fevral 2020-ci il tarixində keçiriləcək Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsindən deputatlığa namizəd Samir İbadov Fəxrəddin oğlunun təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşləri davam edir. 
 
Deputatlığa namizədin bu dəfəki görüşü Bakı şəhəri, Nərimanov rayonu Koroğlu Rəhimov 2824/835 ünvanında yaşayan seçicilərlə keçirilib. 
 
Məcburi köçkünlərin problem və qayğıları, sosial vəziyyətləri ilə tanış olan Samir İbadov onları fevral ayının 9-da aktiv olmağa, seçki məntəqələrinə gələrək layiq bildikləri namizədə səs verməyə çağırıb. 
 
Səmimi atmosferdə keçən görüşdə S. İbadov seçicilərə fəaliyyətindən və platformasından danışıb. 
 
Seçicilər 9 fevralda Milli Məclis seçkilərində məntəqələrə gedərək Samir İbadova səs verəcəklərini bildiriblər.
 

 

 

 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook