SON XƏBƏR

Deputat: "Yaylaq düşərgəsi” çox əhəmiyyətli bir layihədir

Sentyabr 03
02:15 2019
"Yeni Azərbaycan Partiyasının Gədəbəy rayonunda gənclər üçün təşkil etdiyi "Yaylaq düşərgəsi” çox əhəmiyyətli bir layihədir. Bu kimi tədbirlər gənclərimiz tərəfindən böyük maraq və rəğbətlə qarşılanır”. Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.

P.Kərimzadə bildirib ki, Yeni Azərbaycan Partiyası gəncliyin inkişafı istiqamətində bir sıra uğurlu layihələr həyata keçirir. Onun sözlərinə görə, belə layihələrdən biri iyul ayında reallaşdırılan "Yay məktəbləri” layihəsidir və layihədə yüzlərlə gənc iştirak edib: "Yeni Azərbaycan Partiyasının bu layihəsi  ölkəmizdə dövlət siyasətinin prioritet istiqaməti olan gənclər siyasətinin tərkib hissəsi kimi gənclərin siyasi biliklərinin, intellektual səviyyələrinin, vətənpərvərlik hisslərinin artmasında olduqca mühüm rol oynayır. "Yay məktəbləri” partiyamızın gənc fəalları üçün həm təcrübə, həm də bilik mənbəyidir. Bu məktəblərdə ölkəmizin müxtəlif bölgələrindən yüzlərlə gənclər iştirak etdi. Gənclərimiz həm asudə vaxtlarını yaxşı keçirdilər, həm bir-biri ilə ünsiyyət qurdular. Nəzərdə tutulmuş proqrama uyğun olaraq gənclərin YAP-ın funksionerləri, Milli Məclisin deputatları ilə görüşləri təşkil olunub, onlara partiyamızın qurucusu, Azərbaycanda gənclər siyasətinin banisi, Ümummilli Lider Heydər Əliyevin zəngin həyat yolu barədə geniş məlumat verilib, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurlarından geniş bəhs olunub”.

Millət vəkilinin fikrincə, bir neçə gün öncə Gədəbəydə təşkil olunmuş "Yaylaq düşərgəsi”ni "Yay məktəbləri” layihəsinin davamı hesab etmək olar. "Bu layihənin açılış mərasimində mən də iştirak etdim və gənclərimizin bu kimi tədbirlərə nə dərəcədə böyük maraq göstərdiyinin şahidi oldum. Bu layihə milli adət-ənənələrimizin qorunması, gənclərimizin öz dəyərlərimizə və ənənələrimizə sahib çıxması, nəsildən-nəslə ötürülməsi baxımından önəmlidir. Sevindirici haldır ki, Azərbaycan gəncliyi milli dəyərlərimizə və ənənələrimizə sadiqdirlər. Gənclərimiz bu dəyərləri qoruyur və inkişaf etdirir.  Bu baxımdan, gənclər üçün bu istiqamətdə keçirilən tədbirlər önəmlidir. Gədəbəy rayonun füsunkar təbiəti, tarixi-mədəni abidələri, eləcə də müasir inkişafı bu bölgənin ildən ilə turizm imkanlarını da artırır. Ona görə də, hesab edirəm ki, müxtəlif xarakterli tədbirlər burada turizm potensialını gücləndirəcək”-deyə, P.Kərimzadə vurğulayıb.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook