SON XƏBƏR

Cümhuriyyət ordusunun zabiti, İstiqlal savaşı qazisi Firudin bəy Daryal haqqında film çəkilib

Sentyabr 12
01:18 2017
Türkiyə silahlı Qüvvələrində albay rütbəsinədək yüksəlmiş azərbaycanlı hərbi mühacir Firudin bəy Daryal haqqında sənədli film çəkib.

Karabakhmedia.az xəbər verir ki, Azərbaycan Dövlət Televiziyasında Orxan Cəbrayılın araşdırması və Ötərxan Eltacın ssenarisi əsasında 1918-1920-ci illərdə Qarabağ və Zəngəzurda erməni qiyamının yatırılmasında böyük xidmətləri olan Azərbaycan Cümhuriyyəti ordusunun zabiti, Türkiyənin qurtuluş savaşı iştirakçısı, "İstiqlal medalı" ordeniylə təltif edilmiş, Azərbaycan hərbi mühacirətinin görkəmli nümayəndələrindən İstiqlal savaşı qazisi polkovnik Firudin bəy Daryal haqqında sənədli film çəkilib.

Filmdə Firudin bəy Daryalın 1918-1920-ci illərdə Qarabağ və Zəngəzurda erməni daşnaklarına qarşı döyüşlərdə göstərdiyi şücaətdən, həmçinin Türkiyənin Qurtuluş savaşında iştirakından, silahlı qüvvələrdə hərbi fəaliyyəti və ömür yolundan bəhs edilir.

Türkiyə silahlı Qüvvələrində Albay rütbəsinədək yüksəlmiş Firudin bəy Daryal haqqında məqaləni aşağıdakı linkdən oxuya bilərsiniz:
 
 
Qlobal.az




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook