SON XƏBƏR

Bu gün Məhəbbət Kazımovun vəfat etdiyi gündür

Yanvar 27
06:50 2020
Bu gün müğənni Məhəbbət Kazımovun vəfat etdiyi gündür.

Məhəbbət Kazımov 1953-cü il iyul ayının 2-də Laçın rayonunun Çorman kəndində anadan olub. 1974-cü ildə Bakı şəhərinə gələrək Asəf Zeynallı adına musiqi texnikumuna qəbul olunub.
 
İlk muğam dərslərini Nəriman Əliyevdən almış, sonradan Ağaxan Abdullayevin sinifində oxumuşdur.

1976-cı ildən peşəkar səhnədə çıxışlara başlayan müğənni "Dan Ulduzu" ansamblının solisti olub.
 
Məhəbbət Kazımov Türkiyədə, Rusiyada, İranda, Çexoslovakiyada və başqa ölkələrdə qastrol səfərlərində olub.
 
Onun ən çox sevilən mahnılarından biri də "Laçınım" mahnısıdır.
 
14 sentyabr 2012-ci ildə Azərbaycan Respublikasının "Əməkdar artist" fəxri adını alıb. 

27 yanvar 2014-cü ildə uzun sürən xəstəlikdən sonra vəfat edib.
 
Xırdalan qəbiristanlığında dəfn olunmuşdur.
 
Allah rəhmət eləsin.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook