SON XƏBƏR

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında daha iki oyun keçiriləcək

Oktyabr 14
11:19 2017
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında daha iki oyun keçiriləcək.
 
"Report” xəbər verir ki, ikinci oyun günündə "Zirə” "Kəpəz”i, "Sumqayıt” "Qəbələ”ni qəbul edəcək.
 
Cari çempionatda məğlubiyyət üzü görməyən iki komandadan biri olan "Zirə” ilk dövrədə 3:0 hesabı ilə məğlub etdiyi "Kəpəz”lə növbəti duelin də favoritidir.
 
Düzdür, gəncəlilər son turda səfərdə "Qəbələ”ni məğlub etməklə sürprizə imza atıblar. Lakin qəsəbə təmsilçisi indiyə qədər evdə bu rəqibə uduzmayıb və 4 matçdan 2-də qalib gəlib. Ümumiyyətlə, bu kollektivlərin son 5 qarşılaşmasında qol vuran komanda "quru” hesabla qələbə qazanıb. Əvvəlki 9 dueldə tərəflərdən hərəsi 3 dəfə 3 xal əldə edib.
 
Sumqayıtda şəhərin eyniadlı təmsilçisi ilə "Qəbələ”nin dueli də maraqla gözlənilir. Qonaqlar ilk dövrədə evdə rəqibi bir cavabsız qolla məğlub etsələr də, bu kollektivlərin son 9 qarşılaşmasında meydan sahibi olan komanda uduzmayıb. "Qəbələ” indiyədək baş tutan bütün oyunlarda qol sevinci yaşayıb. "Sumqayıt” "qırmızı-qaralar”a qarşı keçirdiyi 21 oyundan 2-də qalib gəlib, 14 dəfə məğlub olub.
 
Azərbaycan Premyer Liqası
 
VIII tur
 
14 oktyabr (şənbə)
 
16:00. "Zirə” – "Kəpəz”
 
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Cəmil Quliyev, Elvin Əsgərov
 
AFFA nümayəndəsi: Vaqif Davudov
 
Hakim-inspektor: Əhmədağa Cabbarov
 
Zirə İdman Kompleksinin stadionu
 
18:00. "Sumqayıt” – "Qəbələ”
 
Hakimlər: Rauf Cabbarov, Elman Musayev, Nahid Əliyev, İnqilab Məmmədov
 
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
 
Hakim-inspektor: Asim Xudiyev
 
"Kapital Bank Arena”
 
Xal durumu: "Qarabağ" - 19, "Zirə" - 15, "Qəbələ" - 13, "Sumqayıt" - 10, "İnter" - 8, "Səbail" - 6, "Neftçi", "Kəpəz" - 4.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook