SON XƏBƏR

Bolqarıstan yığmasının hücumçusu Azərbaycanda çıxış edə bilər

Yanvar 23
11:25 2017
Bolqarıstan milli komandasının və "Nefteximik" klubunun futbolçusu Ventsislav Xristov Azərbaycandan təklif alıb. "Report"un "24 çasa" nəşrinə istinadən verdiyi məlumata görə, klub 28 yaşlı hücumçusuna 80 min avro qiymət qoyub. 
 
Xristova Qazaxıstandan da təklif olsa da, onunla maraqlanan klubların adları açıqlanmır. Amma məlumdur ki, hazırda Azərbaycan klublarından "Neftçi" və "Qəbələ" hücumçu axtarışındadırlar. Flaqman Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışında iki forvardı baxışa çağırsa da, heç birini bəyənməyib. "Qırmızı-qaralar"a isə Serbiya "Partizan"ından Valeri Bojinovun keçidi yüksək transfer haqqı səbəbindən baş tutmayıb. 
 
Qeyd edək ki, Ventsislav Xristov Bolqarıstan klublarından əlavə, Ukraynanın "Metallurq" (Donetsk), Xorvatiyanın "Riyeka" və Albaniyanın "Skenderbeu" klublarında da çıxış edib. O, Bolqarıstan millisinin heyətində 2014-cü il sentyabrın 9-da Bakıda Azərbaycan yığmasına qarşı keçirdikləri AVRO-2016-nın seçmə qrup matçında qələbə topunun müəllifi olub - 2:1. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook