SON XƏBƏR

Boksçu Vladimir Kliçko idmanı tərk edir

Avqust 04
00:28 2017
Ukraynalı boksçu Vladimir Kliçko peşəkar idman karyerasını başa vurmaq qərarına gəlib.
O, bunu rəsmi bəyanatında bildirib.
"Peşəkar boksçu kimi bütün arzularıma çatmışam, karyeramı bundan sonra idman xaricində qurmaq istəyirəm", - Kliçko bəyanatında qeyd edib.
Aprelin 29-da 41 yaşlı Vladimir Kliçko britaniyalı Anthony Joshua ilə döyüşdə Wembley stadionunda məğlub olub.
Kliçko bu ilin noyabr ayında Joshua ilə Las Vegas-da bir daha görüşməli idi, lakin revanş matçından imtina etmək qərarına gəldi.
Kliçko peşəkar boksa 1996-cı il Olimpiadasında qələbə qazandıqdan sonra keçib.
O, ağır çəkidə WBO, WBA v IBF versiyalarında dəfələrlə dünya çempionu adını qazanıb.
Peşəkar boksda ilk çempionluq titulunu Kliçko 2000-ci ildə, amerikalı Chris Byrd-a qalib gələrək qazanıb.
Peşəkar karyerası ərzində Kliçko 69 döyüş döyüş keçirib, onlardan 64-nü - o cümlədən, 54-nü nokautla - qazanıb.
Öz çıxışları ərzində Vladimir Kliçko cəmi 5 dəfə məğlub olub (BBC).



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook