SON XƏBƏR

Birinci-vitse prezidentin köməkçisi təyin olunan Elçin Əmirbəyov kimdir?

İyun 24
13:32 2017
Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Elçin Oktyabr oğlu Əmirbəyov birinci vitse-prezidentin köməkçisi təyin olunub.

"Qaynarinfo" xəbər verir ki,  E.Əmirbəyov dünən prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan Respublikasının Fransa Respublikasında, eyni zamanda Müqəddəs Taxt-Tacda (Vatikan Dövlətində) və Monako Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. 
Qeyd edək ki, E.Əmirbəyov 2010-cu ildən 2017-ci ilə qədər Azərbaycanın Fransadakı səfiri kimi fəaliyyət göstərib.
E. Əmirbəyov barəsində internet resurslarında yayılan məlumatlarda bildirilir ki, o, Xəzər Tədqiqatlar Proqramının təqaüdü ilə Harvard Universitetinin Kennedi Məktəbində MPA-İnzibati İdarəetmə (dövlət idarəçiliyi) üzrə magistr təhsili alıb.
Onun səfir kimi fəaliyyəti dövründə Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında xidmətləri olub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook