SON XƏBƏR

Azərbaycanlı FİFA referisi I kateqoriyaya daxil edilib

May 30
13:11 2018
UEFA 2018/2019-cü il mövsümünün birinci yarısı üçün hakimlərin yeni kateqoriyalarını açıqlayıb.
 
Report"un məlumatına görə, buna qədər ikinci kateqoriyada yer alan FIFA referisi Əliyar Ağayev birinci kateqoriyaya daxil edilib.
 
Digər referilərə gəldikdə, Rəhim Həsənovla Ömər Paşayev, eləcə də qadın futbol referiləri Yuliya Qurbanova ilə Səbayel Qurbanova III kateqoriyada saxlanılıb.
 
Qeyd edək ki, Ağayev birinci kateqoriyaya yüksələn ilk azərbaycanlı hakimdir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook