SON XƏBƏR

Azərbaycanda yetkin gənclər siyasəti Heydər Əliyev hakimiyyətə gəldikdən sonra başlanıb - Tahir Süleymanov

May 04
12:39 2017
"1990-cı illərdə ölkə olduqca xaotik vəziyyətdə idi. Azərbaycanda yetkin gənclər siyasəti Heydər Əliyev hakimiyyətə gəldikdən sonra başlanıb. Gənclər siyasətinin əsasını dövlətin gənclərə qayğısı təşkil edir". 

SalamNews xəbər verir ki, bu barədə ümummilli lider Heydər Əliyevin 94-cu illiyinə həsr olunmuş tədbirdə Azərbaycan Respublikası Prezident Administrasiyasının İctimai-siyasi məsələlər üzrə şöbəsinin müdir müavini Tahir Süleymanov bildirib.

T.Süleymanov deyib ki, ölkə həmin illərdə qaynar qazana bənzəyirdi: "Yoxsulluğun səviyyəsi ən yuxarı həddə idi. Ancaq Heydər Əliyevin uğurlu siyasəti nəticəsində ölkə inkişaf etdi. Bu gün Azərbaycan yeganə ölkələrdəndir ki, ölkədə həm Gənclər və İdman Nazirliyi, həmçinin də Gənclər Fondu var. Bu dövlətin gənclərə qayğısının bariz nümunəsidir". 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook