SON XƏBƏR

Azərbaycanda nazir işdən çıxarıldı: general ev dustağı oldu

İyul 17
07:55 2017
Naxçıvan Muxtar Respublikasının daxili İşlər naziri, general-leytenant Əhməd Əhmədov vəzifəsindən azad olunub.

Qlobal.az xəbər verir ki, bu barədə "AzPolitika” etibarlı mənbələrə istinadla bildirib. Hazırda onun səlahiyyətləri nazir müavini Səbuhi Novruzov tərəfindən həyata keçirilir.
 
Ə.Əhmədovun vəzifəsindən uzaqlaşdırılması barədə qərar, naməlum səbəblərdən rəsmən açıqlanmayıb. Bəzi məlumatlara görə, nazir təqaüdə göndərilib.
Bir başqa məlumata görə, hazırda Naxçıvanın DİN sistemində əsaslı yoxlamalar aparılır.
 


Əhməd Əhmədov-Səbuhi Novruzov
 
Ə.Əhmədov 2000-ci ildən Daxili İşlər naziri vəzifəsini tuturdu. Son vaxtlar onun ətrafında hansısa proseslərin getdiyi barədə məlumatlar gəlirdi. Naxçıvanın hakim elitasında xüsusi çəkisi ilə fərqlənən Ə.Əhmədovun vəzifəsindən uzaqlaşdırılmasının səbəbləri məlum deyil. Bu barədə çoxsaylı ziddiyyətli şayiələr yayılıb. Lakin onların hansının həqiqətə yaxın olduğunu təyin etmək mümkün deyil.

Naxçıvan polisinə bundan sonra kimin rəhbərlik edəcəyinə gəlincə, bu sırada bir neçə namizədin adı çəkilir.
 
***
Naxçıvan Muxtar Respublikasının işdən çıxarılan daxili işlər naziri general-leytenant Əhməd Əhmədov ev dustaqlığına götürülüb. Bu barədə virtualaz.org-a məlumatlı mənbələrdən bildirilib.
 
Naxçıvanın Daxili İşlər Nazirliyi başçısının vəzifələrini hazırda Əhməd Əhmədovun müavini icra edir. Məlumatda o da bildirilir ki, muxtar respublikanın polisində yoxlamalar aparılır.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook