SON XƏBƏR

Azərbaycan cəmiyyətinin ictimai yaddaşı kifayət qədər dərin və məntiqlidir"

Aprel 10
11:10 2019
Bu, hər şeydən öncə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət və bu siyasətin mərkəzində Azərbaycan vətəndaşının mənafeyinin dayanması ilə bağlıdır.

Bu sözləri Axar.az-a Fransanın nüfuzlu "Opinion Way” sorğu mərkəzinin fevral və mart aylarında Azərbaycanda mövcud ictimai-siyasi vəziyyət, Prezident İlham Əliyevin son bir ildə həyata keçirdiyi islahatlar, hökumətin ümumi, daxili və xarici siyasətinə ölkə əhalisinin münasibətini öyrənmək məqsədilə keçirdiyi rəy sorğusuna münasibət bildirən millət vəkili Hikmət Babaoğlu deyib. O qeyd edib ki, sorğuda iştirak edən respondentlər tərəfindən Azərbaycan Prezidentinin bütün istiqamətləri üzrə fəaliyyəti yüksək qiymətləndirilib:

"Əslində, cəmiyyətimizi sosioloji kontekstdə müşahidə etməyi və ictimai nəbzi tutmağı bacaranlar üçün rəy sorğusunun nəticələri gözlənilən idi. Bu kontekstdə önə çıxan başlıca məsələrdən biri isə Prezident İlham Əliyev tərəfindən ölkəmizdəki ictimai-siyasi sabitliyin qorunması ilə bağlı respondentlərin qiymətləndirməsidir. Burada rəyi soruşulanların 90 faizdən çoxu sabitliyn qorunmasını yüksək qimətləndirdiklərini bildiriblər. Bu cür yanaşma sıravi azərbaycanlının srtateji düşünmə bacarığının olmasından xəbər verir. Yəni respondent bilir ki, ictimai-siyasi sabitlik olmadan nə sosial, nə də iqtisadi problemləri həll etmək mümkün deyil”.

Deputat bildirib ki, ikinci mühüm məsələ regionların inkişafının təmin olunmasının yüksək qiymətləndirilməsidir:

"Burada da müsbət rəy 90 faiz ətrafındadır. Doğurdan da regionlarımızın inkişafı daim Azərbaycan Prezidentinin diqqət mərkəzində olub və bunun üçün 2004-cü ildən başlayaraq ardıcıl dövlət proqramları həyata keçirilib. Nəticə isə göz qabağındadır. Abad yollar, qaz və elektrik enerjisi ilə təhcizat, sosial obyektlərin və idman qurğularının tikilməsi, regional sağlamlıq mərkəzlərinin yaradılması, iş yerlərinin açılması və s. bunun bariz nümunəsidir. Buna paralel olaraq regionların iqtisadi zonalara bölünərək hər iqtisadi zonanın xarakterinə uyğun modern iqtisadiyyatın qurulması kimi işlər yeni reallıqlar formalaşdırıb. Bütün bunlar regionlarımızın real mənzrəsini təşkil edir və vətəndaşlarımız tərəfindən yüksək qiymətlədirilir. Heç şübhəsiz ki, sosial sahədə inqilabi islahatların aparılması da respondentlərin diqqətindən kənarda qalmayıb və növbəti yüksək rəy alan blokda öz əksini tapıb. Şəhid ailələrinə birdəfəlik müvinətlərin verilməsi, təqaüdlərin artırılması, Qarabağ veteranlarına əlavə ödənişin müəyyən edilməsi, minimum əmək haqlarının orta aylıq əməkhaqlarına yaxınlaşdırılması, problemli kreditlərin həll olunması və digər bu kimi işlər vətəndaşlarımızın müsbət rəy ifadə etməsini təmin edib. Eyni zamanda, idarəetmədə aparılan islahatlar, xarici siyasət, ordu quruculuğu işlərindəki böyük uğurlar da respondentlər tərəfindən yüksək qiymətləndirilib. Nəticədə isə aydın olub ki, ötən bir ildə görülən işlər əslində 15 + 1 formulası kontekstində qiymətləndirilib. Azərbaycan cəmiyyətinin ictimai yaddaşı kifayət qədər dərin və məntiqlidir. Əgər 15 il öncə həyata keçirilən işlər olmasaydı, hazırda son bir ildə bu qədər böyük işlər görmək də olmazdı”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook