SON XƏBƏR

“Avqust müharibəsində Gürcüstan azərbaycanlıları olaraq batalyon yaratmışdıq” - deputat

Avqust 08
14:06 2019
Bu gün Rusiyanın Gürcüstana qarşı genişmiqyaslı təcavüz siyasəti aparmasından 11 il ötür.

Gürcü xalqı bu günü böyük ürək ağrısı ilə yad edir.

Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı deputat Azər Süleymanov Modern.az-a açıqlamasında bildirib ki, 8 avqust Gürcüstan tarixində ən ağır günlərdən biridir.

"Bu tarixdə həm torpaqlarımız işğal olundu, həm də şəhidlər verdik. Hazırda Gürcüstanda yaşayan azərbaycanlılar olaraq memorial abidənin önünə toplaşmışıq. Müharibənin üzərindən 11 il keçməsinə baxmayaraq, münaqişə bu gün də davam edir. Rusiya işğalçılıq siyasətindən əl çəkməyib. Bizim rus xalqı ilə problemimiz yoxdur, Rusiya dövləti və onun işğalçılıq siyasəti ilə problemimiz var. Gürcüstanın başına gələn hadisələr çox ağırdır. Gürcüstan azərbaycanlıları olaraq gürcü xalqının dərdinə şərik olmağa çalışırıq”.

Azərbaycanlı deputat hazırki Gürcüstsan hakimiyyətinə rəhbərlik edənlərin Rusiyaya meyllli olduqlarını təəssüflə qeyd edib:

"Görünür, Gürcüstan hakimiyyəti Rusiya siyasəti aparmaq niyyətindədir. Buna baxmayaraq, Gürcüstan əhalisi hər gün mitinqlərdədir. Biz gürcüstanlılar rusun köləsindən qurtulmaq və Rusiya ilə yaxşı qonşu olmaq istəyirik. Abxaziyanı, Osetiyanı itirmişik. O torpaqları geri almaq niyyətindəyik”.

Azər Süleymanov 2008-ci ilin avqust hadisələrindən danışarkən soydaşlarımızın fədakarlıqlarından da söz açıb:

"Avqust hadisələri baş verəndə Gürcüstan azərbaycanlıları olaraq azərbaycanlı batalyonu yaratmışdıq. Bəziləri Gürcüstanı tərk etməyə çalışsalar da, Gürcüstan azərbaycanlıları heç yerə getmədilər. Vətənimizi, dövlətimizi qorumağa çalışdıq. Azərbaycanlı olaraq heç vaxt istəmərəm ki, Gürcüstanın başına faciə gəlsin. Belə bir günü bir daha gürcü xalqına arzulamıram. Şəhid ailələrinə baş sağlığı verirəm”. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook