Adil Əliyevdən Ramiz Mehdiyevə cavab: “Ermənilərin müharibəyə hazırlaşdığı bir zamanda...”
Sentyabr 23
11:53
2020
"Açığı, mən indiki ağır şəraitdə AMEA-nın barəmdə yaydığı bəyanata geniş cavab vermək istəmirəm. Sərhədlərimizdə vəziyyətin getdikcə gərginləşdiyi, ermənilərin müharibəyə hazırlaşdığı bir zamanda bizim daxili didişmələrə getməyimiz doğru olmaz. Bununla belə, haqqımda irəli sürülən ittihamlara səssiz qalmaq da mümkün deyil”.
AMEA-nın YAP ərazi təşkilatının sədri, biologiya üzrə fəlsəfə doktoru, dosent Ulduzə Qurbanova vitse-spikerin Ramiz Mehdiyev barədə sonuncu açıqlamasına sərt cavab vermiş, onu elmdən uzaqlıqda, populizmdə və alimlərin qayğısına qalmamaqda günahlandırmışdı. Akademiyanın rəsmi bəyanatına bənzəyən bu açıqlamaya cavabında Adil Əliyev bildirib: