SON XƏBƏR

Taleh Ziyadov Kəmaləddin Heydərovu qəzəbəndirdi

Oktyabr 31
14:02 2016
Adı FETO terror təşkilatı ilə birgə hallanan Taleh Ziyadov "fövqəl nazir" üçün "başağırısı"na çevrilib.

Son vaxtlar mətbuatda kəskin tənqid olunan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin baş direktoru Taleh Ziyadovun fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Taleh Heydərovla yaxın dostluq münasibətlərində olması ilə bağlı xəbər vermişdik.

AzToday.az-a  adını daxil olan məlumata görə, adı FETO şəbəkəsi ilə hallanan Taleh Ziyadovun adının Taleh Heydərovla birgə çəkilməsi fövqəladə hallar naziri Kəmaləddin Heydərovu hiddətləndirib. Xüsusu ilə Taleh Ziyadovla birgə oğlunun da adının FETO ilə əlaqədə hallanması "fövqəl naziri" narahat etməyə başlayıb. Belə ki, Türkiyə hakimiyyəti ilə soyuq münaisbətləri son vaxtlar qaydasına salan Kəmaləddin Heydərov oğlunun FETO ilə əlaqəsinin ortaya çıxmasından sonra Ankara ilə problemlər yaşamasından ehtiyatlanır. Bu səbəbdən də Kəmaləddin Heydərov Taleh Heydərova Taleh Ziyadovla münasibətlərə son qoymağı tapşırdığı məlumatda əksini tapıb. 
 
 

Qeyd edək ki, əslən Naxçıvanın Kəngərli rayonundan olan Taleh Ziyadov İngiltərədə doktorluq təhsili alan zaman Taleh Heydərovla tanış olub. Onun Bakıda vəzifə pillərini tez-tez dəyişərək yüksək post tutmasında da Taleh Heydərovun böyük əməyi keçib. 

Son vaxtlar, mətbuatda Taleh Ziyadovun Bakı Beynəlxalq Dəniz Limanını Fətullah Gülən şəbəkəsinin nəzarətinə verdiyi və FETO ilə bağlı olmayan iş adamlarını sıxışdırması barədə çeşidli məlumatlar yayılır. 

Məlumatlarda Taleh Ziyadovun adı FETO terror təşkilatı ilə əlaqələrdə qırmızı xətlə keçir. Onun ABŞ-da təhsil alan zaman Gülən şəbəkəsinin rəhbərliyi ilə görüşdüyü və onların istəklərini Azərbaycanda həyata keçirdiyi bildirilir. 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook