Professor Əsmət Məhsətinin doğum günüdür

Mart 26
14:25
2025
Azərbaycan xalqı mədəni zənginliyinə görə dünyada seçilən xalqlardandır. Uca Yaradan vətənimizin torpaqlarını barlı-bərəkətli etdiyi kimi, xalqımızı da mənəviyyatca zəngin yaratmışdır. Keçdiyimiz tarixə nəzər yetirdikdə dünya tarixinə yöntəm verən hökmdarlarımızı, siyasətçilərimizi, dünya elminə töhvə verən çoxsaylı alimlərimizi görə bilərik. Azərbaycan xalqını xüsusi cəhətlərindən biri də bu xalqın genetikasında maarifçiliyin olmasıdır. Əbəs deyildir ki, bizim xalq dünya xalqları içərisində sözə, ədəbiyyata, poeziyaya, musiqiyə bağlı olan ən öncül xalqlardandır. Azərbaycan xalqı həm də qadınlarının dəyanəti, ləyaqəti ilə seçilən xalqlardandır. Siyasi tariximizi Tomris, Nüşabə, Sara Xatun, Tuti Bikə kimi zənginləşdirən qadınlarımız olduğu kimi, ədəbiyyatımızı da Məhsəti Gəncəvi, Xurşidbanu Natavan, Qəmər bəyim Şeyda, Mirvarid Dilbazi kimi şairələr zənginləşdirib. Çox sevindiricidir ki, ədəbiyytatımızda Məhsəti Gəncəvi, Xurşidbanu Natavanların davamçıları bu gün də var. Bu şairələrdən biri də Əsmət Məhsətidir.
Filologiya elmləri doktoru, professor, onlarla kitabın müəllifi olan Əsmət Məhsətinin eşqlə çağlayan qəlbində daim insan, vətən, ədalət anlayışı öndə olub. Ömürü poeziya ümmanında sonsuzluğa yol alan Əsmət xanım həm də böyük bir pedaqoqdur.
Əlbəttə, Əsmət Məhsətinin həyatı, yaradıcılığı haqqında uzun sözlər yazmaq olar. Ancaq poeziya olan yerdə...
Canıyla qorudu Azərbaycanı,
Qala tək ucalıb durdu şəhidlər.
Vətən torpağına qarışdı qanı,
Hər biri bir vətən oldu şəhidlər!
Əsmət Məhsəti poeziyasında hər bir vətən şəhidi vətən böyüklüyündə, VƏTƏN ucalığındadır. Budur Əsmət Məhsəti sözünün qüdrəti!
Qlobal.az olaraq Əhmət Məhsətini təbrik edir, ona eşq dolu yeni ömür səhifəsi arzulayırıq.