SON XƏBƏR

İTV AK prezidentinin müstəqil media barədə çıxışını dəyişdirdi – VİDEO

İyul 19
06:00 2022
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının (AK) prezidenti xanım Ursula Fon der Lyayen mətbuata bəyanatlarla çıxış ediblər.

Yeniavaz.com xəbər verir ki, Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin sözügedən çıxışı zamanı İctimai Televiziya onun müstəqil media barədə dediklərini təhrif edib.

Avropa Komissiyasının prezidentinin sözügedən çıxışı belədir:

"Azərbaycan tam potensialına nail olmaq üçün investor əminliyini təmin etməlidir. Buraya vətəndaş cəmiyyətinin daha da cəlb edilməsi, azad və müstəqil medianın olması daxildir”.

İTV-də verilən sinxron tərcümədə isə ümümiyyətlə media məsələsi səsləndirilməyib:

"Ölkədə inamlı şəkildə investisiyanın qoyulması üçün təbii ki, güclü özülün olmasına ehtiyac var”.

Sözügedən kadrları təqdim edirik:
 






Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook