SON XƏBƏR

QHT Agentliyinin icraçı direktorunun səs yazısı: "Bizi yoxlasalar, yarım milyon taparlar..."

Mart 04
11:32 2024
Aygün Əliyeva deyir ki, QHT-lər layihələrdən pul qırır 

"Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin sədri Mətanət Cəfərova (Əsgərqızı) QHT Agentliyinin icraçı direktoru Aygün Əliyevanın səs yazısını yayıb. 

"Arqument.az" xəbər verir ki, həmin səs yazısında Aygün Əliyeva rəhbərlik etdiyi qurumda korrupsiya faktlarından danışır. 

Əliyeva deyir ki, əgər müvafiq qurumlar Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyini yoxlasalar, yarım milyondan artıq yeyinti faktı aşkarlaya bilərlər. 

Mətanət Əsgərqızı QHT Agentliyinin icraçı direktorunu tənqid edib, məsuliyyətsiz məmur sayıb:

"Hələ belə axmaq məmura rast gəlməmişəm… Söz verdiyim kimi, QHT Agentliyinin icraçı direktorunun mənə də gəlib çatan səs yazısından birini paylaşıram.
Digərlərini etika xatirinə yaymıram. Öz rəhbərliyini təhqir ifadələri olan səsi mən yaya bilmərəm. Amma aidiyyəti qurumlar istəyərsə, təqdim edərəm. Bu, artıq mənəviyyat məsələsidir".

"Bu səs yazısında adam konkret olaraq etiraf edir ki, bizi yoxlasalar, yarım milyon taparlar. İstəsələr taparlar bəli, yəni arxayındır ki, yuxarılar istəmir. İndi mənə maraqlıdır ki, yaxasını Agentlik üçün cıran media və QHT rəhbərləri nə yazacaq? Cavabı sadədir. Bu adamı himayə edənlər səslənən məbləğlərə şərikdirlər, əks halda bu məsələlər çoxdan həll olunmuşdu. Səs yazısında QHT-ləri aşağılayan ifadələrə gəldikdə isə, bəlkə də, düz deyir. Qrant üçün vicdanını satan bəziləri, həqiqətən, ömür boyu layihə pulunu qırmaqla məşğuldur. Görün sizin haqqınızda nələr düşünülür, siz isə...", - deyə o qeyd edib.

QTH sədri Agentliyin Müşahidə Şurasının sədri Azay Quliyevə də çağırış edib: "Buradan Azay Quliyevə də səslənirəm. Bir dəfə səlahiyyətiniz çatanda həmin adamdan soruşun ki, sizin gizli videolarınızı niyə çəkib ora-bura ötürüb? Hamını düşmən etməklə, yalandan onun bunun arasını vurmaqla nə əldə etmək istəyib? Digər mehriban düşmən də heç sevinməsin, onun da hərəklərindən xəbərdarıq! Ardı var!". 

Sonda QHT sədri hüquq mühafizə orqanlarında da çağırıb edib və bu məsələnin araşdırılmasını tələb edib. 
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook