Azərbaycanda şok - Məhkəmə hakimi "Unibank"ı cəzalandırdı
Fevral 01
21:47
2017
Nəsimi rayon məhkəməsinin hakimi Azər Paşayevin Qətnaməsinə əsasən "Unibank" vətəndaşa vurduğu mənəvi zərərə görə 1000 manat ödəməlidir.






AFN xəbər verir ki, bu barədə bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirib. Onun sözlərinə görə, sözügedən bank, bank sirrini pozaraq orta məktəb müəlliməsi olan vətəndaşın borcu haqqında onun iş yerinə və həmkarlarına məktublar və sms-lər göndərib: "Eyni zamanda vətəndaşın özü Təhsil Nazirliyinə də müraciət olunacağı ilə hədələnib. Məhkəmə əsnasında "Unibank" pozuntulara yol vermiş əməkdaşını "öz xahişi ilə” işdən azad etməyə də məcbur olub, amma bu da banka kömək etməyib. Məhkəmənin ədalətli qətnaməsini dərc edir və banklar tərəfindən haqqı, ləyaqəti, şərəfi tapdanan bütün vətəndaşları bir daha mübariz olmağa çağrıram".
Qlobal.az









