Azərbaycan Laçın dəhlizini hansı halda bağlaya bilər?
İyun 09
13:04
2021
Ermənilərin sərhəddə törətdiyi təxribatların fonunda Laçın dəhlizinin bağlanması ilə bağlı tələblər artıb. Buna əsas kimi qarşı tərəfin noyabrın 10-da imzalanan üçtərəfli sazişin bəndələrinə riayət etməməsi göstərilir.
Maraqlıdır, Azərbaycan Laçın dəhlizini bağlaya bilərmi? Laçın dəhlizi bağlanacağı təqdirdə nə baş verəcək?
Mövzu barədə Yenisabah.az-a danışan Milli Məclis deputatı Aydın Mirzəzadə qeyd edib ki, Laçın dəhlizi üçtərəfli sazişin tərkib hissəsidir və bir bəndin yerinə yetirilməməsi digər bəndlərin də dondurulmasına səbəb ola bilər:
"Laçın dəhlizinin bağlanması artıq Zəngəzur dəhlizinin açılmasının qarşısını alacaq. Azərbaycana isə bu lazım deyil. Ona görə də bu gün Azərbaycan sərhədləri möhkəmləndirir. Erməni diversantların təxribatlarının qarşısını alır və Zəngəzur dəhlizinin açılmasına ciddi hazırlıq görür. Eyni zamanda dünya ictimaiyyəti Ermənistanın bu gün öz qonşularına qarşı bu cür təxribatlar törətməsi haqqında məlumatlandırılır. Ermənistan yaxşı dərk edir ki, onun təxribatlarının qarşısı hazırlıqlı Azərbaycan Silahlı Qüvvələri tərəfindən alınır və alınacaq. Dünən bir erməni əsgərinin tutulması, sonradan humanizm nümayiş etdirilərək geri qaytarılması bir tərəfdən Azərbaycanın yüksək hazırlığını, digər tərəfdən isə Ermənistanla normal münasibətlər qurmaq istədiyini göstərir”.
Politoloq hesab edir ki, hazırda emosiyaya qapılıb sonradan xoşagəlməz hallar yaradacaq addımlar atmaq olmaz: