SON XƏBƏR

Bakının bu məktəbində şagirdlər yay tətilinə tez buraxılacaq

May 07
10:30 2024
Respublika İncəsənət Gimnaziyası yaxın günlərdə əsaslı təmirə bağlanacaq.

BAKU.WS-in əldə etdiyi məlumata görə, mayın sonunda məktəb vaxtından əvvəl yay tətilinə çıxacaq. Bundan sonra burada təmirə start veriləcək.

Şagirdlər isə növbəti tədris mövsümündən dərsə müvafiq olaraq 189 və 190 saylı məktəblərdə başlayacaqlar.

Belə ki, İncəsənət Gimnaziyasından ibtidai siniflər növbəti təhsil mövsümünü 189 saylı, yuxarı sinif şagirdləri isə 190 saylı məktəbdə başlayacaq. 

İbtidailər 1-ci növbə, yuxarı sinif şagirdləri isə 2-ci növbə oxuyacaqlar. 

Gimnaziyada əsaslı təmirin 1 il ərzində yekunlaşacağı planlaşdırılır. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook