SON XƏBƏR

Ziya Məmmədovun işçisi pul dilənir- VİDEO

Oktyabr 16
17:09 2015
Müfəttişlər türkiyəli sürücüdən bayramla əlaqədar 20 manat tələb ediblər Sosial şəbəkələrdə nəqliyyat müfəttişləri ilə türkiyəli sürücünün videosu yayılıb.
 
Avtosfer.az xəbər verir ki, videodan göründüyü kimi, iki nəfər nəqliyyat müfəttişi türk sürücünün idarə etdiyi avtomobilin qarşısını kəsiblər. Onlar sürücüdən heç bir sənəd istəmədən bayramla əlaqədar olaraq 20 manat tələb edirlər. Sürücü bu pulu verə bilməcəyini dedikdə isə təxminən 50-55 yaşlarında olan nəqliyyat müfəttişi hədə-qorxu gəlməyə başlayır.
Müfəttiş sürücüyə hətta onu da bildirirlər ki, bayram olmasaydı başqa cür davaranardı. O, sürücüdən tələb edir ki, müdirə zəng etsin, o danışıb pul alacaq… Həmin görüntüləri izlədikcə dünən Nəqliyyat Nazirliyinin bir çox səlahiyyətlərinin alınaraq Dövlət Yol Polisinə verilməsinə ürəkdən sevinməmək olmur. Bu cür biabırçılığa nə vaxtsa son qoyulmalı idi.
 
Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, bundan sonra yollarda bəzi qayda pozuntularına görə taksiləri, yükdaşıma ilə məşğul olanları və avtobusları yalnız DYP əməkdaşları cərimə edə biləcəklər.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook